Cəlilabad rayonununda baş verən meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb.
Bu barədə AZXEBER.COM TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, bu gün saat 18:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Cəlilabad rayonunun Zopun kəndi ərazisindən yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxsə zəruri tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.
Ona zəruri tibbi yardımlar göstərildikdən sonra vəziyyəti stabilləşib və ambulator müalicə üçün evə buraxılıb.
Əlavə edək ki, həmin şəxs meşə gözətçisi Qəni Nadirovdur.