Cəlilabaddan olan müəllim sertifikasiya imtahanında maksimum bal toplayıb

Cəlilabaddan olan müəllim sertifikasiya imtahanında maksimum bal toplayıb
SOSİAL
20:38 19.06.2025
332
Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində Rəvan İmanov maksimum nəticə - 60 bal toplayıb.

AZXEBER.COM xəbər verir ki, o, Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimidir.

R.İmanov Cəlilabad rayonunda anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində alıb.

Qeyd edək ki, test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla, ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.
OXŞAR XƏBƏRLƏR