Cəlladların yazışması: "Sevinin, şəhər qana bələndi"

Cəlladların yazışması: "Sevinin, şəhər qana bələndi"
DÜNYA
14:55 01.07.2016
2235

"Onlar anlamalıydılar ki, əməllərinə görə cavab verməlidirlər. Allah qarşısında əməl məsuliyyətindən kimsə yaxasını kənara çəkə bilməz. Bizcəzanı verən yox, o cəzanın gerçəkləşməsində vasitəçiyik".

"İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularıİstanbulun Atatürk hava limanında törədilmişterror aktını belə şərh edirlər.İŞİD mənsublarının "sevimli" messenceri olan Telegram-da "İslam Xilafəti"nin üzvləri, tərəfdarları və bu ideologiyaya rəğbət bəsləyənlərin çoxsaylı çatları, forumları, botları var.

Həmin çatlar və forumlar terrorçular üçün Twitter funksiyasını yerinə yetirir.

Belə çatlardan birində İstanbuldakı terakt müzakirə olunub. İŞİD-in yüksək və orta rütbəli komandirləri ilə yanaşı, sıravi üzvlərinin də qatıldıqları çatda terror təşkilatının gerçək siması, niyyətləri və planları daha konkret görünür.

İŞİD-in mərakeşli mənsubu Əbu Üsama əl Məğribiyazır: "Əxilər (qardaşlar, - red.), Türkiyə bizə qarşı vuruşan, bizə qarşı düşmən mövqe tutan kafir ölkələrin sırasına qoşulub. Türkiyədə qardaşlarımız hər gün tutulur, işgəncələrə məruz qalır, öldürülür. Türkiyə ölkəmizə zərbələr endirir və başqa kafir ölkələrin zərbələrinə xeyir-dua verir, biziyox etmək istəyənləri dəstəkləyir. Şükür Allaha ki, o hava limanındakı qisas əməlini qardaşlarımız həyata keçirdilər. Türkiyə qardaşlarımıza qarşı ədalətsiz davranışına görə əvvəl-axır hesab ödəməliydi".

Əl Yasin Məşriqadlı terrorçu yazır: "Türkiyə bilməlidir ki, bizə zərbələr endirən istənilən kafir ölkə, Taqut hakimiyyət təki əməllərinə görə cavab verəcək".

"Sədlərə hücum çəkən"nikli digər terrorçu isə "zərbələri davam etdirməyə" çağırır: "Ey əziz qardaşlarımız və dostlarımız, sevgili, əziz mücahidlər! Bizim üçün amerikalı müsəlman kafirlərə dəstək verən ərəbdən və ya türkdən daha üstündür. İbn Təymiyənin dediklərini unutmayın. Odemişdi: "Əlimdə Quran olsa belə, əgər kafirlərin sırasındayamsa, məni öldürün. Kafirlərin arasında olan müsəlman deyil".

Qəssura Əl Cəzraviadlı birisi yazıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsini məhvə aparır. Obizə qarşı savaşa qoşuldu, kafirləri dəstəklədi, ölkəsindəki hərbi bazaların qapılarını onlar üçün açdı ki, qardaşlarımızı öldürsünlər, bombalasınlar. İndi o, düşüncəsiz əməllərinə görə cavab verməli olduğunu anlayır".

"Taqutları devirən"nikli İŞİD mənsubu hesab edir ki, İstanbuldakı Atatarük hava limanından iki gün əvvəl Türkiyənin İsraillə münasibətləri normallaşdırmaqla bağlı razılaşma əldə etməsi təsadüf deyil: "Bəyəm onlar anlamırlar ki, iqtisadiyyatdakı böhrandan qurtulmaq üçün yəhudilərlə anlaşmaq çıxış yolu deyil?! Türkiyə anlamır ki, iqtisadiyyatındakı durum əslində bizdən, canlarını qurban verməyə hazır, şəhid olmağı arzulayan insanlardan asılıdır?!"

"Zirehləri dələn"nikli İŞİD terrorçusu "siyasi təhlil"ə varıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kafirlik aləminə qapını açıb və buna görə də mücahid qardaşlarımızın qəzəbini hiss edəcək. O, qardaşlarımıza hücum edərək bu savaşa başlayıb. Ərdoğanın və Türkiyənin bu əməllərə görə hesab vermək zamanı çatıb. İstanbuldakı qisas əməlini həyata keçirmiş qardaşlarımıza görə Allaha dua edəcəyik. Gün gələcək və Hz.Məhəmmədin (s.ə.s.) dediyi kimi, mühacidlər Konstantinopolu azad edərək Türkiyəni ələ alacaqlar".

"Hafiz Malik"adlı terrorçu terakta sevinib: "Şəhəri qana bələdik! Əhsən qardaşlarımıza!"

İŞİD təbliğatının bir hissəsini də Romanın və terrorçuların "Konstantinopol" adlandırdıqları İstanbulun ələ keçirilməsi çağırışları təşkil edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
17:32 25.05.2025
Mikayıl Cabbarov Sibiqa ilə iqtisadi əməkdaşlığı müzakirə ETDİ
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir