Cəmalə: Səhnədən xəbəri olmayanlar erotik şəkillərlə sponsor axtarır - FOTOLAR + VİDEO

Cəmalə: Səhnədən xəbəri olmayanlar erotik şəkillərlə sponsor axtarır - FOTOLAR + VİDEO
MAQAZİN
00:50 20.05.2016
7631

Gənc müğənni Cəmalə Rəhimovanın AZXEBER.COM-a müsahibəsi

Cəmalə Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsini bitirib. Bir zamanlar məşhur olan “Azərbaycanın səsi” müsabiqədə iştirak edib.

- Cəmalə, özünü oxucuya necə tanıdardın?

- Azərbaycanda Türk Sənət Musiqisinin yeganə ifaçısıyam. Eyni zamanda da özəl tədbirlərə muğam ifaçısı kimi də dəvət alıram.

- “Özəl tədbir” deyəndə nəyi nəzərdə tutursan?

- Tanınmış iş adamlarının tədbirləri, qalaları, məmurların xarici səfərlərdəki tədbirləri və.s

- Hansı daha gəlirlidir, özəl tədbirlər, ya toylar?

- Özəl tədbirlərdə iştirak etmək üçün mütəmadi olaraq işlədiyin yer, əlaqələrin, sənətinə dəyər verən ətrafın olmalıdır. Toy üçün isə xüsusi istedada və ya əlaqəyə ehtiyac yoxdur. Toylarda kim gəldi, oxuyur. Tanınmış müğənnilər də, yenilər də fonaqramla toyu yola verir.

- “Azərbaycanın səsi” müsabiqəsindən iki il keçib. Bu iki ildə nə işlə məşğul olmusan?

- Müsabiqədən sonra şəxsi həyatımdakı dəyişikliklərə görə ara vermişdim. Yenidən yoluma davam edirəm.

- Müsabiqə sənə nə verdi?

- Azərbaycandakı müsabiqələrdə iştirakçı öz cibindən pul xərcləyir. Hər iştirakçı da cibinə görə səs toplayır. Kimi evini satır, kimi maşınını, kimisi də kredit götürür. Beləliklə, özlərinə səs verirlər. Sənətdən söhbət gedə bilməz. İştirakçının müsabiqədəki aqibətini öz cibi təyin edir.

- Müsabiqə müddətdində iştirakçılar müəyyən qədər tanınır. Sonra nə olur? Həmin iştirakçılar qeybə çəkilir.

- Müsabiqənin iştirakçının həyatında müsbət dəyişiklik olmur. Uzağı rayonlarda “toy tuta bilirlər”. Əksinə, müsabiqədən sonra az-çox tanındığın üçün əvvəllər getdiyin məclisləri özünə layiq bilmirsən. Belə ki, müsabiqələr iştirakçılara ümid verir. Sonra həmin ümid özünü doğrultmayanda ağır depresiya yaşanır. Müsabiqə qaliblərindən hətta canına qıyanlar da olub.

- Bəs söz verilən mükafatı qaliblər ala bilirmi?

- Çox iştirakçı mükafata şirniklənir. Xərc çəkir. Müsabiqə irəlilədikcə isə söz verilmiş mükafatın dəyəri azala-azala gedir. Ev maşına, maşın daha ucuz maşına çevrilir. Sonda isə mükafat tamamilə ləğv edilir. Qalib başqa bir yarışmaya sövq edilməklə mükafatlandırılır.

- Müsabiqədən sonra səndə depressiya oldu?

- Xeyr. Müsabiqədəki münsiflərdən Elnarə Xəlilova qrup yoldaşım idi. Digər münsif Namiq Qaraçuxurlu və Nadir Qafarzadə idi. Mən onlardan nə meyxana, nə də toy tutmaq öyrənəcəkdim. Tanınmaq üçün yaxşı trampilin idi. Ora iddialı getməmişdim.

- İştirakçılardan münsiflərə pul təklif edən olurdu?

- Əlbəttə, hər şeyi pul həll edir.

- Müğənnilər ya erotik şəkillərlə, ya da kiməsə atmaca atmaqla gündəmə gəlir. Bəlkə sən də cəhd edəsən.

- Sənət adamının işi yoxdursa, ortalıqda çılpaq şəkilləri qalmaqalları olur. Səhnədən xəbəri olmayanlar erotik şəkillərlə sponsor axtarır.

- Ceniffer Lopezin, Rihannanın da çılpaq şəkilləri var. Onların da sənəti yoxdur?

- O qayda bizim müğənnilərə keçərlidir. Xaricilərin həyat tərzləri, oxuduqları mahnının mətni çılpaq şəkillərə icazə verir. Bizdəkilər elə bilir ki, xalq mahnısını da lüt oxumaq olar.

- Niyə olmasın ki? Kifayət qədər erotik xalq mahnılarımız var.

- Bu, mənim müzakirə edəcəyim məsələ deyil. İllərdir, xalqın sevib oxuduğu mahnılarda sətraltı mənalar axtarmaq yersizdir.

- Sonuncu dəfə nə vaxt kitab oxumusan?

- Üumumiyyətlə, çox oxuyuram. Bir ayda ən azı 3 kitabı oxuyub bitirirəm. Mark Levinin “Bir-birimizə demədiyimiz sözlər” yeni bitirmişəm.

- Bizim müğənnilər Türkiyə müğənnilərini çox yamsılayır. Belə baxanda Türkiyəli müğənnilər hazırcavab, az da olsa mütaliəlidir. Bəs bizimkilər?

- Türkiyə şou bazarında da savadsızlar az deyil. Bizdə isə ucdantutma savadsızdır. Ya maşınla, evlə, ya da Röyanı yamsılamaqla tanınırlar.

- Müğənnilərin uydurma ər hoqqası nədən irəli gəlir?

- Ailə dəyərlərini başa düşməyən insanlar üçün hər şeyi pul həll edir. Belə işlər də pulla başa gəlir.

- Niyə mahnın, klipin yoxdur?

- Uzun müddət şəxsi həyatımdakı problemlərimi həll etməli oldum. Ancaq səhnədə elə adamları gördüm ki, qıcıqlandım. Fikirləşdim ki, sənətin nə demək olduğunu bilməyən adamlara meydan buraxmaq olmaz. Hazırda yeni lahiyə üzərində işləyirəm. Bunun üçün foto sessiya da olub. Çox məşhur sənət adamları ilə eyni lahiyədə iştirak edəcəyəm.

- Tamaşaçı sənə niyə qulaq asmalıdır?

- Tamaşaçı illərdir, Röyanı, Aygünü, Brilliyantı yamsılayan ucuz müğənnilərə qulaq asır. Mənim ifam da, səsim də bənzərsizdir. Mən şou bazarındakı müğənnilərdən deyiləm.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
14:12 20.09.2025
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
12:33 20.09.2025
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var