Cəmi 1 gün evli qaldılar - Boşanmaq istəyən cütlük məhkəmə zalından çıxarkən…

Cəmi 1 gün evli qaldılar - Boşanmaq istəyən cütlük məhkəmə zalından çıxarkən…
DÜNYA
00:04 15.03.2023
486
Ankarada evləndikdən sonra 1 gün eyni evdə yaşayıb daha sonra ayrılan Zeynep ilə Onurun boşanma məhkəməsi keçirilib. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bir müddət əvvəl Ankarada evlənən Zeynep və Onur 1 gün eyni evdə yaşadıqdan sonra boşanmaq qərarına gəliblər. Ankara Ailə Məhkəməsində boşanma iddiasının ikinci iclasından sonra iki tərəf arasında mübahisə düşüb. 

Mübahisə qısa müddətdə davaya çevrilib. Onur həyat yoldaşı Zeynepin anası S.Y-ni yumruqla döyərkən, Onurun atası Yılmaz avtomobili Zeynepin üzərinə sürüb. Eyni zamanda Zeynepin qardaşı Yiğit Y. Yılmaza bıçaqla xəsarət yetirilib.

Xəbərdarlıq üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib.

Mübahisə qısa müddətdə ərzində ailələr arasında qanla bitib.

Ayşən
OXŞAR XƏBƏRLƏR