Bakıda tanınmış supermarektdən bahalı içki oğurlanıb.
AZXEBER.COM Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə "Tarqovı”da yerləşən "Kontinental Supermarket”də baş verib. Mağazanın müdiri Rza Rzayev polisə müraciət edərək bildirib ki, yanvarın 15-də saat 18 radələrində mağazadan dəyəri 680 manat olan bir ədə viski içkisi oğurlanıb. Naməlum şəxsin içkini oğurladığı anlar müşahidə kamerasına düşüb.
Araşdırma aparılır.