Cəmi iki avtobus işləyir - 102 nömrəli marşrutdan ŞİKAYƏT - VİDEO

Cəmi iki avtobus işləyir - 102 nömrəli marşrutdan ŞİKAYƏT - VİDEO
SOSİAL
22:17 26.03.2026
238
Ya xarab olub yolda qalır, ya da tıxacda.

Xocəsən sakinləri qəsəbədən metronun 20 yanvar istiqamətinə və əksinə işləyən 102 nömrəli marşrut avtobusunun fəaliyyətindən narazıdırlar.

Sakinlər deyirlər ki, avtobusların köhnə olması da ayrı problemdir. İndi onlar qəsəbələrinə yeni avtobusların verilməsini və interval problemini həll olunmasını istəyirlər.

Məsələ ilə bağlı Yerüstü Nəlqiyyat Agentliyinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, avtobus parkının yenilənməsi və xəttin nizamlı fəlaiyyətinin təmin edilməsi məqsədilə 102 nömrəli şəhərətrafı marşrut hazırda müsabiqəyə çıxarılıb. Müsabiqənin nəticəsinə uyğun olaraq müvafiq addımlar atılacaq. 

/Xəzər TV

OXŞAR XƏBƏRLƏR