"İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyini sədri, hüquqşunas Mehman Muradlının AZXEBER.COM-a müsahibəsi...- Mehman müəllim, Azərbaycanda seçkilərə 1 həftədən də az vaxt qalır. Seçki öncəsi vəziyyəti necə qiymətləndirirsiz?
- Teledebatlar, sosial şəbəklərdə müzakirələr, namizədlərin və onların vəkillərinin seçicilərlə görüşü bunu deməyə əsas verir ki, Azərbaycan xalqı seçkiləri yaxından izləyir və bu prosesdə aktiv iştirak edir. Müəəyyən çatışmamazlıqları nəzərə almasaq seçki öncəsi vəziyyət ümumən normal şəraitdə davam edir. Çatışmamazlıqlar dedikdə bəzən seçki təbliğatı ilə bağlı MSK tərəfindən qoyulmuş lövhələrdə namizədlərin şəkillərinin cırılması, sosial şəbəkəlrədə bəzən təhqirə yol verilməsi hallarını nəzərdə tuturam.
- Bildiyiniz kimi, prezidentliyə namizədlər debatlarda iştirak edirlər, Bakıda və rayonlarda mitinqlər keçirir. Sizə görə seçkilərdə kim daha şanslıdır?
- Debatlardan, namizədlərin və yaxud onalrın səlahiyyətləri nümayəndələrinin seçicilərlə görüşündən, aparılan sosioloji sorğulardan görünən odur ki, hakim partiyanın namizədi, hazırkı prezident İlham Əliyevin şansları daha yüksəkdi. İkincilik hesab edirəm ki, BAXCP sədri Qüdrət Həsənquliyevin olması şəksizdi. Ümid sədri İqbal Ağazadə, Milli Şuranın namizədi Cəmil Həsənli 3 və 4-cü yerləri bölüşdürəcəklər.
- Milli Şuranın namizədi Cəmil Həsənli haqda nə düşünürsüz? Sizcə Cəmil bəyin ənənəvi liderlərdən nə fərqi oldu?
- Cəmil Həsənlidən ənənəvi müxalifət liderlərindən fərqli olaraq müsbətə doğru bəzi gözləntilər var idi. Lakin, Cəmil Həsənli də öz sələflərinin qaraguruhçuluq ənənəsinə "sadiq" qaldı. teledebatlarda yersiz atmacaları, platformasının olmaması, boğazdan yuxarı vədləri bunu deməyə tam əsas verir. Hətta bəzi məqamlarda Cəmil Həsənli öz sələflərindən daha da irəli gedərək Azərbaycanı istənilən an satmağa hazır olan və satanları yersiz müdafiəsi, İran xoşuna gəlmək üçün dindən gen bol istifadə etməsi ənənəvi müxalifətin yaxşı olmayan vəziyyətini bir az da pisləşdirdi.
AZXEBER.COM