“Cəmil Həsənli yaxşı tarixçi ola bilər, amma ...” - Gülsel Səfərova

“Cəmil Həsənli yaxşı tarixçi ola bilər, amma ...” - Gülsel Səfərova
SİYASƏT
13:50 30.09.2013
4314

“Cəmil Həsənli yaxşı tarixçi, alim ola bilər amma o, siyasətçi deyil və bu səbəbdən prezidentlik iddiası gülüş doğurur.”

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova söyləyib.

Onun sözlərinə görə, Cəmil Həsənlinin gənclərlə dünənki görüşünə qatılan insanların sayını şişirməklə Milli Şura heç nəyə nail ola bilməyəcək: “Bu ilk seçki deyil ki, ənənəvi müxalifət düşərgəsi ölkə gəncliyindən dəstək aldığını iddia edir. Sosial şəbəkələrdə minlərlə gəncin dəstəyini qazandığını iddia edən müxalifətçilərin real aksiyasına heç 100 gənc belə qatılmır. O səbəbdən ki, ölkə gəncliyinin seçkilərlə bağlı aydın mövqeyi ortadadır. Gənclərimiz ölkədə həyata keçirilən islahatları dəstəkləyir və bu islahatların iştirakçısına çevrilib.

“Azərbaycan Gəncliyi: 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbulu, gənclərin təhsil almaq və karyera qurmaq imkanlarının mövcud olması, dövlət idarəçiliyində gənc kadrların önə çəkilməsi bunun bariz nümunəsidir. Məhz bu səbəbdən də Azərbaycan gəncliyi onun inkişafına şərait yaradan, fəaliyyətini stimullaşdıran siyasi kursa, Heydər Əliyev siyasi kursuna və onun layiqli davamçısı cənab İlham Əliyevə dəstək verir. Bu il Azərbaycanda ilk dəfə olaraq 600 mindən artıq gənc seçkilərə qatılacaq və ölkə gəncliyi bütövlükdə mövcud iqtidara etimad göstərəcək. O ki qaldı Cəmil Həsənlinin gənclərlə görüşü ətrafında yaradılan süni ajiotaja, seçkisonrası radikal müxalifət düşərgəsində təmsil olunan qüvvələr də Azərbaycan gəncliyinin kimin yanında olduğunu aydın görəcək.”

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
04:32 11.03.2026
Minlərlə vətəndaş ipoteka kreditləri üçün müraciət etdi - VİDEO
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb