“Cəmil Həsənlinin Müsavat başqanlığına gəlməsinə imkan verilməz” - Araz Əlizadə

SİYASƏT
18:30 14.11.2013
1076

Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin Müsavat partiyasına başqan gətirilməsi ehtimalı ətrafında müzakirələr intensivləşir.

Müsavat icra aparatının rəhbəri Arif Hacılının İsa Qəmbərdən sonra partiyanın birinci şəxsi olmağa daha çox iddia etməsi fonunda bu versiyanın aktuallığı artıb.Bu barədə AZXEBER.COM-a danışan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadəmüəyyən səbəblərə görə, qeyd olunan ehtimalın reallaşmasının mümkün olmadığını deyib:“Mən inanmıram ki, Müsavat, yaxud da ağlı başında olan hansısa partiya Cəmil Həsənlini özünə sədr seçməyə razılıq verər. Debatlarda ağzına gələni danışmaqla, partiya idarə etmək tamam müxtəlif məsələlərdir.Seçki kampaniyası da göstərdi ki, liderlik və başqa vacib keyfiyyətləri olmayan Cəmil Həsənli təşkilata rəhbərlik edəcək gücdə deyil.Başqa tərəfdən, Müsavatda İsa Qəmbərin gedişini həsrətlə gözləyən neçə nəfərin olduğunu da nəzərə alsaq görərik ki, Cəmil Həsənlinin Müsavat başqanlığına gəlməsinə imkan verilməz”.

OXŞAR XƏBƏRLƏR