“Cəmiyyətimizdə təbəqələşmə, kasıb olmamalıdır” - İlham Əliyev

SOSİAL
22:23 08.10.2019
9823
"Cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışında bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, bu gözəl yaşayış yerini özəl sektor inşa edib:

"Bu da bir yenilikdir. Çünki bu günə qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib. "Qobu-1”, "Qobu-2” və bu gün tikilməkdə olan "Qobu-3” yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, - kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, - deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir. Ona görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək göstərir, kreditlər verir, şərait yaradır, infrastruktur layihələrini icra edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma müraciət etsin, desin ki, mən istəyirəm köçkünə bir, beş, yüz mənzil verim. Bu, olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək müraciətlərin sayı çox olacaq. Sizi bir daha təbrik edirəm".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:31 14.08.2020

Rilayadan Şuşaya aid möhtəşəm ifa: "Dəyər Ver"in növbəti layihəsi - VİDEO

18:26 14.08.2020

Ceyhun Bayramov Yaponiyanın yeni səfirinin etimadnaməsini qəbul edib

17:59 14.08.2020

Ermənilərin Gəncəni vuracağı hədələri ilə bağlı nazirlikdən SƏRT REAKSİYA

17:52 14.08.2020

Azərbaycanda yeni xəbər mübadiləsi sistemi istifadəyə verildi

17:51 14.08.2020

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

17:29 14.08.2020

"Fənərbaxça"nın futbolçusu koronavirusa yoluxdu

17:25 14.08.2020

Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı

17:24 14.08.2020

“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin rolu” mövzusunda forum keçirildi - FOTO

17:13 14.08.2020

Xırdalanda koronavirus pandemiyası ilə əlaqədar reyd keçirildi - FOTOLAR

17:10 14.08.2020

DİN-dən “Aşura” günü ilə bağlı XƏBƏRDARLIQ

16:30 14.08.2020

Mikayıl Cabbarov: Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir

16:23 14.08.2020

Belarus MSK seçkilərin yekun nəticələrini açıqlayıb

15:53 14.08.2020

"Polad toyunu təxirə salıb, Türkiyəyə kursa getmişdi" - Generalın anası

15:47 14.08.2020

Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları ilə birgə Naftalanda növbəti dəfə reyd keçirildi - FOTOLAR

15:31 14.08.2020

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

15:27 14.08.2020

“AccessBank” biznes müştərilər üçün “AccessPartner” layihəsinə başlayır

X Mostbet