Cənab nazir, o, mənim atam deyil, ərimdir... - Ramil Usubova

Cənab nazir, o, mənim atam deyil, ərimdir... - Ramil Usubova
KÖŞƏ
12:43 23.07.2014
13480

Günel Əbilova  Cənab nazir, bildiyiniz kimi, bir neçə ay əvvəl yenicə ailə qurub köçdüyüm mənzilimdə oğurluq baş vermişdi. Hadisə zamanı evdən 600 AZN pul, toyda hədiyyə olunan qızıl-zinət əşyaları və noutbukum oğurlanmışdı. Etiraf edim ki, məni ən çox narahat edən mənəvi silahım-noutbukumun oğurlanması idi. Noutbukun içində eyni zamanda magistratura təhsilini başa vurmaq üçün müdafiə edəcəyim 80 səhifəlik Dissertasiya işi qalmışdı. Təəssüf ki, noutbukun sənədlərini nazirliyə təqdim etsək də, heç bir faydası olmadı... Hadisə ilə bağlı kiçik informasiya işlədiyim “Qafqazinfo” saytı ilə yanaşı bir neçə saytda yayımlandı. Hamı kimi mən də düşünürdüm ki, cəmi 3 gün kifayət edər ki, polis cinayətkarları tapsın. Amma o gün, bu gün hadisədən 3 ay keçir. Bu müddət ərzində bir dəfə də olsun bizi işi araşdıran Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə nəinki dəvət ediblər, heç əlaqə də saxlamayıblar. Diqqətinizə çatdırım ki, elə həmin gün ekspert bizə dedi ki, bəs ümidlənməyək, evdən heç bir iz tapa bilməyiblər. Çünki oğrular əlcəkli olub. Düzü, bu cavaba çox güldük. Məgər 21-ci əsrdə Azərbaycan polisinin elə bir cihazı yoxdur əlcəkli oğrunun izini tapsın? Və ya polis bu qədər sadəlövhdür ki, oğrunun evə əlcəksiz girəcəyini təxmin edir. Nəzərə alsaq ki, evə daxil olanda həyəcandan birinci pulqabımı yoxlamışdım. Əlcəksiz olsam da, mənim barmaq izlərim də tapılmadı... Ötən müddət ərzində yaxın dost və həmkarlarımın təkidlərinə baxmayaraq, çalışdım ki, məsələ ictimailəşməsin. Jurnalist peşəmdən sui-istifadə edib şəxsi problemimin (əgər bu, şəxsi problem sayılırsa) qabardılmasını özümə ayıb bilirdim. Cənab nazir, elə bu səbəbdən oğruların tapılması ilə bağlı sizə müraciətimi media vasitəsi ilə deyil, sadəcə məktubu DİN-in elektron poçtuna göndərməklə kifayətləndim. Bir aydan sonra isə sizə ünvanladığım məktuba cavab gəldi... Məktubun ilk cümləsi ilə bütün ümidlərim puç oldu. Məktub belə başlayardı: “Hörmətli Əbilova Günel Rafael qızı...” Məlumat üçün bildirim ki, Rafael həyat yoldaşımın adıdır və DİN-ə ünvanladığım müraciətdə onun adını bir dəfə də olsun qeyd etməmişəm. Əlbəttə, bunu kiçik texniki səhv hesab etmək olar. Amma nazirə ünvanlanan və ondan kömək istəyən müraciətə bu cür diqqətsiz yanaşmaq ən azından vətəndaşa hörmətsizlikdir. Bunun adı nədir?.. Bu girişdən sonra isə mətndə nəyin yazılacağını təxmin etmək mənə o qədər də çətin olmadı. Ən maraqlısı isə orada qeyd olunurdu ki, müraciətiniz Xətai Rayon Polis İdarəsinə göndərilərək sizi qəbul etməklə baxılacaq. Bu atamla, ərimin adının səhv salındığı məktubu almağımdan 10 gün keçib, bizi isə heç kim qəbul etməyib... Cənab nazir, simvolik olsa da, sizə müraciətim Milli Mətbuat Gününə təsadüf edir... Yuxarıda qeyd etdiyim kimi, noutbuk jurnalistin silahı sayılır... Silahımı oğurlayanların tapılması üçün səylərin artırılmasını sizdən xahiş edirəm... "Qafqazinfo"nun xəbər müdiri 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
19:59 02.07.2025
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
19:46 02.07.2025
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq