‘Cənab Prezident çıxışında vacib tapşırıqlar verdi’ - Ramiz Mehdiyevin ‘Facebook’ statusu

SİYASƏT
17:18 05.02.2014
2060

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Feysbuk sosial şəbəkəsində rəsmi səhifəsinin fəaliyyətə başlamasından sonra tez bir zamanda sosial şəbəkə istifadəçilərinin maraq dairəsində olması ilə bağlı status yazıb. Administrasiya rəhbəri rəsmi Feysbuk səhifəsində yazdığı statusda eyni zamanda prezident İlham Əliyevin Rayon İcra Hakimiyyəti Başçıları və müvafiq qurumların rəhbərləri ilə keçirdiyi görüşlə bağlı fikirlərini də bölüşüb.

AZXEBER.COM Ramiz Mehdiyevin statusunu təqdim edir:

“Bu gün Heydər Əliyev Mərkəzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilib. Heydər Əliyev Mərkəzində bu xarakterli konfransın keçirilməsi özlüyündə rəmzi xarakter daşıyır. Çünki mövzu ümummilli lider Heydər Əliyevin bizə miras qoyduğu dövlətin bugünü və gələcək inkişafına həsr olunub. Cənab Prezident çıxışında son beş ildə regionlarda görülən və 2018-ci ilə qədər həyata keçiriləcək böyük işlər haqqında olduqca mühüm fikirlər səsləndirdi, vacib tapşırıqlar verdi. Bu barədə facebook səhifəmdə bəzi qeydlərimi bölüşəcəyəm”.

OXŞAR XƏBƏRLƏR