"Cənab Prezidentin "harop"la bir fotosu onları yerinə oturtdu" - Deputat İrandan danışdı

"Cənab Prezidentin "harop"la bir fotosu onları yerinə oturtdu" - Deputat İrandan danışdı
SİYASƏT
16:23 06.10.2021
1039
anlı qələbəmizdən sonra İranın arzu etmədiyi güclü Azərbaycan artıq Tehranı açıq formada hərəkətə gətirdi”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O, bildirib ki, bir ildə dəyişən reallıq göstərdi ki, İranın xisləti dəyişməzdir:

"İran və Azərbaycan arasında köklü tarixi əlaqələr, o cümlədən, dil və din bağları var. İranın heç bir qonşusu ilə Azərbaycan qədər köklü münasibəti yoxdur. Eyni zamanda heç bir qonşu İrana Azərbaycan qədər səmimi və birmənalı münasibət göstərməyib. Azərbaycan böyük gücləri qarşısına alıb, amma İrana qarşı sanksiyalara qoşulmayıb. Eyni zamanda ərazisindən İrana qarşı istifadə edilməsinə yol verməyib. Amma təəssüf ki, İranın Azərbaycan kompleksi var, İran Azərbaycan Respublikasını zəif, məzlum və məğlub durumda görməyi arzu edir. Həm də bu arzusunu taleyin ümidinə buraxmır, Azərbaycan ərazisinin işğalı, təcavüzkarlığa məruz qalması fonunda düşmənimiz Ermənistana, habelə, beynəlxalq hüququn ən azı 3 prinsipini pozaraq sərhədlərimiz daxilində separatçılara müxtəlif formalarda 30 ildir ki, dəstək verir.
 
Deputat bildirib ki, ötən il İranı tənqid etdiyinə görə intizam tənbehi almışdı: 

"Azərbaycan rəhbərliyi mümkün qədər bu məsələlərdə təmkinli davranaraq Tehranın öz səhvini başa düşəcəyini gözləyib, hətta xatırlayırsınızsa, bir il öncə İranın bu ikiüzlü siyasətinə qarşı Milli Məclis tribunasından kəskin çıxışıma görə barəmdə intizam tənbehi də tətbiq olunmuşdu ki, İran qıcıqlamasın. Təbii ki, sonrakı dövr ərzində yaşananlar kimin haqlı, kimin haqsız olduğunu üzə çıxardı. Lakin, rəsmi Bakının Tehranla münasibətlərinə həssas yanaşması və münasibətlərin sağlamlaşacağına ümid etməsi xoş niyyət idi. Amma ötən bir ildə dəyişən reallıq göstərdi ki, İranın xisləti dəyişməzdir, xüsusən, şanlı qələbəmizdən sonra İranın arzu etmədiyi güclü Azərbaycan tandemi artıq Tehranı açıq formada hərəkətə gətirdi. 30 il nəzarətsiz qalmış Xudafərin körpüsünə gətirib bayraq sancdılar, işğaldan azad olunmuş ərazilərə Azərbaycanın gözü qarşısında yük daşıyıb separatçıya aşkar formada kömək etməyə başladılar. Daha sonra sərhədlərimiz boyu hərbi təlimlərə start verdilər, deputatlarını və bir qrup mollasını sosial şəbəkədən üzərimizə salıb düşük hədələr, təhdid bəyanatları verməyə başladılar. Utanmadan iddia edirlər ki, İsrail qoşunları Azərbaycan ərazisindən İrana hücum etmək istəyir”.



Deputatın qeyd edib ki, İran addımlarında ehtiyatlı olmalıdır:

"Bütün bunlar gülüncdür, 21-ci əsr təfəkkürü deyil, əslində Azərbaycana bir ziyanı yoxdur, İranın özünün gücsüzlüyün nümayiş etdirir. Özünüz də gördünüz, bu qədər top tüfəngin qarşısında Cənab Prezidentin "harop"la bir fotosu və iki cümləlik sualı hamısını yerinə oturtdu. Bütün bunlar təbii ki, təəssüf doğurur, bizə yeni düşmən lazım deyil, biz İranla əsrlərdir ki, qonşu kimi yaşayırıq, hətta Sasanilərdən Pəhləvilərə qədər əsrlər boyu İranı, o zaman İran adlanmırdı, Azərbaycan sülalələri idarə edib. Azlıq kimi təqdim etsələr də bu gün İranda milli çoxluq elə Azərbaycan türkləridir. Yəni İran addımlarında ehtiyatlı olmalıdır, elə etməlidir ki, bu gərginlik davam etməsin, əksinə, Tehran çalışmalıdır ki, 3+3 formatının təşəbbüskar həlqəsinə çevrilib bölgədəki əməkdaşlıqdan faydalansın, öz əhalisi sanksiyalardan sonra bir az rahat nəfəs ala bilsin”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib