Cenevrə Universitetində mayın 7-dən bəri davam edən Fələstinə dəstək nümayişinə polis müdaxilə edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 05:00 radələrində 20-yə yaxın uniformalı və mülki geyimli polis şəhərciydəki etiraz aksiyasının keçirildiyi əraziyə daxil olub.
Bölgəni tərk etməkdən imtina edən 60-a yaxın tələbə şəxsiyyəti yoxlanıldıqdan sonra saxlanılıb.
Bildirilib ki, tələbələr dindirildikdən sonra sərbəst buraxılmağa başlayıblar.
Daha sonra aksiyanın keçirildiyi ərazidən Fələstin bayraqları, bannerlər, stol və stul kimi bütün materiallar yığışdırılıb.
Səhər açılanda tələbələr kampusa daxil olur və materialın harada olduğunu öyrənmək üçün səlahiyyətlilərlə görüşürlər.
Tələbələr aksiyaya son qoymadıqlarını və davam edəcəklərini bildirirlər.
Mayın 7-dən etiraz aksiyası keçirən tələbələr mayın 12-də rektorluğun "şəhərxananın boşaldılması” və "aksiyaya son qoyulması” çağırışına və "zərurət yaranarsa polis müdaxilə edəcək” xəbərdarlığına reaksiya verib.
Universitet rəhbərliyinin Qəzza məsələsində dəqiq mövqe sərgiləyəcəyini gözləyən tələbələr İsrail universitet və qurumları ilə əlaqələrin kəsilməsini və "akademik boykot”un həyata keçirilməsini tələb edirlər.
Universitet mühafizəçiləri tələbə bileti olmayanları kampusa buraxmırlar.
Lozanna və Cenevrə universitetləri ilə yanaşı dünən Bazel, Bern, Fribourq və Neuchatel universitetlərində də İsrailin Qəzzaya hücumlarına reaksiya göstərmək üçün etiraz aksiyaları başlayıb.
Fəallar universitet rəhbərliyindən İsrail institutları ilə əlaqələrini dayandırmağı və Qəzzadakı soyqırımı açıq şəkildə pisləməyi tələb edirlər.
Tələbələr tələbləri yerinə yetirilməyəcəyi təqdirdə aksiyalarını davam etdirməyi planlaşdırırlar.
Mikayıl