Cenevrədə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd edilDİ

SİYASƏT
10:57 13.05.2013
2820

Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edib.

AZXEBER.COM-un XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə BMT-nin Cenevrə bölməsinin baş direktoru K.Tokayev, İnsan Hüquqları Şurasının prezidenti R.Henczel, Parlamentlərarası İttifaqın baş katibi A.Conson, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi N.Al-Sleybi, BMT-nin Katibliyi, digər beynəlxalq təşkilatların rəhbər şəxsləri və əməkdaşları, diplomatik heyətin üzvləri, Cenevrə Kantonu Şurasının yüksək vəzifəli şəxsləri, KİV nümayəndələri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və diaspora nümayəndələri iştirak edib.Açılış mərasimində çıxış edən Azərbaycanın Cenevrədə BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi, səfir Murad Nəcəfbəyli ilk növbədə ümummilli liderin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, dahi şəxsiyyətin respublikanın ali rəhbəri seçilməsindən başlayaraq daha sonra Sovet İttifaqının faktiki rəhbərlərindən birinə çevrilməsini əks etdirən məqamları diqqətə çatdırıb.Dağlıq Qarabağda münaqişə alovlananda, bunun da nəticəsi kimi ölkədə ciddi hakimiyyət böhranı yarananda Azərbaycana qayıdan və 1993-cü ildə xalqının təkidli tələb ilə yenidən respublikaya rəhbərlik edən ümummilli liderin xalq qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edən səfir, siyasi sistemin, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi sayəsində Azərbaycanın uğurla inkişaf etməkdə olan ölkəyə çevrildiyini qeyd edib.Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və bunun nəticəsində ərazilərinin 20%-nin işğal edilməsi və Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olmasına baxmayaraq, ölkəmizin iqtisadi, siyasi, sosial və diplomatik sahələrdə əhəmiyyətli nailiyyətlər əldə etdiyini diqqətə çatdıran M.Nəcəfbəyli, bu nailiyyətlərin birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.Hazırda Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu islahatların ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi davamı olduğuna diqqəti yönəldən Daimi Nümayəndə, siyasi və iqtisadi islahatların ölkəmizdə davamlı inkişafı təmin etdiyini bildirib.Çıxışında Azərbaycan-BMT əlaqələri və bu xüsusda, ölkəmizin etibarlı tərəfdaş qismində 155 dövlətin dəstəyi sayəsində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyini bildirən M.Nəcəfbəyli, ölkəmizin BMT sistemi çərçivəsində bütün sahələrdə əməkdaşlığını həyata keçirdiyini əlavə edib.Tədbir çərçivəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olunub, dahi şəxsiyyətin müxtəlif sahələrdəki fəaliyyətinə dair kitab və məlumatlar tədbir iştirakçılarına paylanıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir