Cenifer Lopez danışdı: 'Salam Bakı' - VİDEO

MAQAZİN
11:10 03.06.2012
2778
Bu ilin sentyabrında Bakıda qızlar arasında (U-17) futbol üzrə dünya çempionatının açılışında səhnə alacaq məşhur amerikalı ifaçı Cenifer Lopes Azərbaycan paytaxtının sakinləri və qonaqlarını salamlayıb. Cenifer Lopes deyib ki, Bakıdakı çıxışı sentyabrda olacaq.“Salam Bakı! Bu, Cenifer Lopesdir. Qızlar arasında futbol üzrə dünya çempionatı çox yaxın bir vaxtda keçiriləcək. Onun açılışında görüşərik”, - populyar müğənni Facebook sosial şəbəkəsində yerləşdirilən video müraciətində bildirib.Xatırladaq ki, 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatı sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda keçiriləcək. Çempionatın açılıq mərasimi Tofiq Bəhrəmov adına Respublika stadionunda olacaq.

OXŞAR XƏBƏRLƏR