Cenin düşərgəsində 252 günlük hücum: 63 fələstinli həlak olub

Cenin düşərgəsində 252 günlük hücum: 63 fələstinli həlak olub
DÜNYA
13:44 29.09.2025
202
İsrail ordusunun 252 günlük hücumu zamanı Cenin düşərgəsində 63 fələstinlinin həyatını itirdiyi bildirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun Cenin düşərgəsində söküntülər apardığı, fələstinlilərin evlərinin dağıdılmasına baxmayaraq yeni yollar açdığı, köçkün ailələrin geri qayıtmasının qarşısını aldığı bildirilib.

Bəyanatda düşərgədəki fələstinli qrupların İsrail ordusuna müqavimət göstərdiyi qeyd edilib və köçkün fələstinlilərin çətin şəraitdə yaşadığı vurğulanıb.

Bildirilib ki, Cenin düşərgəsindən didərgin salınan və Ərəb-Amerika Universitetində qalan fələstinlilər kiçik otaqlarda "həbs edilir” və işlərində yaranan aksamalar səbəbindən həyatda qalmaq üçün mübarizə aparırlar.

Açıqlamada, "Cenində müqavimət göstərən qruplar İsrail qüvvələrinə qarşı əməliyyatlarını davam etdirir. Ötən həftə müqavimət qrupları Yamun qəsəbəsinə basqın edən İsrail əsgərləri ilə çoxlu sayda partlayıcı ilə İsrail ordusunun maşınlarını hədəfə alaraq toqquşdular" deyilir.

 252 günlük hücumu zamanı Cenin düşərgəsində 63 fələstinlinin həyatını itirdiyi bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR