"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist

"Cennifer Lopes bizim müğənnilərdən yaxşı geyinir" - Əməkdar artist
MAQAZİN
16:40 13.05.2025
467
Əməkdar artist Elnarə Abdullayeva "Tarixin bir günü" verilişində qonaq olub.
 
AZXEBER.COM xəbər verir ki, xanəndə bəzi sənət adamlarının geyimini tənqid edib.

Yerli ulduzların geyimini Cennifer Lopeslə müqayisə edən əməkdar artist həmkarlarını qınayıb:

"Musiqi də, yemək də qayıdacaq. Bir qayıtmayan vicdandır. Azərbaycanlılar vicdanlı, qeyrətlidirlər. Bu xanım bilir ki, birinin evini dağıdıb. Xanımlarda da birgəlik yoxdur. De ki, o filankəsin evini dağıdıb, o məkanımızda harasa girə bilməz. Çıxırlar ağızlarına gələni deyirlər, uşaqlar da bunların yolu ilə gedirlər. Soyunduqca, onlara artıq pul verirlər. Geri gedirik, daş dövrünə. Bu vicdansızlığı Allah götürməz. Dünya dağılmalıdır. Efirdə də ağızlarına gələni danışırlar. Sonra deyirlər mən danışıram. Nə deyim, günü-gündən lütlənin. Bunu bir az nizamında edin də. Sonra deyirlər Cennifer Lopez və ya başqası belə geyinir. Onlar azərbaycanlı müğənnilərdən yaxşı geyinirlər. Dünyanın harasında axmaq, gərəksiz, səviyyəsiz şey var camaatın əksəriyyəti, oxuyanlar onu götürürlər. Heç yaxşı şeyi nümunə götürən yoxdur".
 
Aysel
OXŞAR XƏBƏRLƏR