Cennifer Lopez göz yaşlarına boğulub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2022 MTV Musiqi Mükafatları öz sahiblərini tapıb.
Mərasimdə bir çox tanınmış adlar mükafatlandırılıb. Amma ən çox diqqət çəkən Cennifer Lopezin çıxışı olub.
Məşhur müğənni Cennifer Lopez səhnədə göz yaşlarını saxlaya bilməyib.
Lopez həm "Marry me" mahnısına görə ən yaxşı mahnı mükafatını, həm də nəsil qalibi mükafatını qazanıb.
Cennifer Lopez mükafatı alarkən göz yaşlarına boğulub:
"Üzümə və ya arxamca mənə bunu bacara bilməyəcəyimi deyən hər kəsə təşəkkür edirəm. Onlar olmasaydı, mən bunu edə bilməzdim”.
Ayşən