Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Məlumata görə, sentyabrın 30-da ABŞ qoşunları İraqın Ərbil aviabazasını tərk edib və bununla da "İnherent Resolve” əməliyyatı başa çatıb.
Bildirilib ki, əməliyyatın qərargahı hazırda İordaniyada yerləşir və buradan Suriyada İŞİD-ə qarşı mübarizəni davam etdirəcək.
Qeyd olunub ki, Ərbil aviabazasında 1500-ə qədər ABŞ və koalisiya hərbçisi İŞİD-lə mübarizədə iştirak edib.
Xatırladaq ki, 2014-cü ildə ABŞ-ın rəhbərlik etdiyi hərbi missiya İŞİD-ə qarşı əməliyyatlara başlayıb.
///apa.az///











































