Cənubi Afrikada ümumi seçkilərdə səsvermə başladı

Cənubi Afrikada ümumi seçkilərdə səsvermə başladı
DÜNYA
11:04 29.05.2024
85
Cənubi Afrika Respublikasında Milli Assambleya deputatları və əyalət qanunvericilik orqanlarının üzvlərini seçmək üçün səsvermə keçirilir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yerli vaxtla saat 07:00-da başlayan səsvermə prosesi üçün ölkə üzrə 23 min 292 seçki mərkəzində 28 milyona yaxın qeydə alınmış seçici səsvermədə iştirak edəcək.

Cənubi Afrika Seçki Komissiyasının (IEC) məlumatlarına görə, Milli Assambleyada 400 yer, əyalət məclislərində isə ümumilikdə 430 yer uğrunda 14 min 889 namizəd mübarizə aparır.

Səsvermə yerli vaxtla saat 21:00-da başa çatacaq.

Qeyri-rəsmi nəticələrin gecə yarısı, rəsmi nəticələrin isə iyunun 2-də açıqlanması gözlənilir.
 
Gülay
OXŞAR XƏBƏRLƏR