Cənubi Koreyanın "Korean Air” aviaşirkəti növbəti bir neçə il ərzində "Asiana Airlines” ilə əməliyyatların inteqrasiyası çərçivəsində təyyarə parkını modernləşdirmək və inkişafını dəstəkləmək üçün 103 "Boeing” təyyarəsi almağı planlaşdırır.
Bu barədə "Boeing” şirkətinin məlumatında deyilir.
Müqavilə bazar ertəsi Vaşinqtonda Cənubi Koreya Prezidenti Li Çje Myonun Ağ Evin rəhbəri Donald Trampla görüşü çərçivəsində imzalanıb.
Aviaşirkət 20 ədəd "Boeing 777-9”, 25 ədəd "Boeing 787-10” və 50 ədəd "Boeing 737-10” markalı təyyarə, həmçinin 8 ədəd "Boeing 777-8” yük təyyarəsi almağı planlaşdırır. Tədarüklər 2030-cu ilin sonuna qədər mərhələli şəkildə həyata keçiriləcək.
"Korean Air” şirkəti təyyarələrin və mühərriklərin alınmasına, eləcə də ABŞ şirkətlərinin xidmətlərinin ödənilməsinə təxminən 50 milyard dollar yönəltməyi planlaşdırır.
Hazırda 108 "Boeing” təyyarəsi aviaşirkətin istismarındadır.
\report