Cənubi Koreyanın Prezidenti vəzifəsini icra edən Çxve Sanq Mok ABŞ-nin yeni tariflərinin Kanada, Meksika və Çinə təsirinin yenidən nəzərdən keçirilməsi ilə bağlı göstəriş verib.
O, bu ölkələrdə biznes fəaliyyəti ilə məşğul olan yerli şirkətlər üçün dəstək tədbirlərinin hazırlanmasını da tapşırıb.
Bundan başqa, siyasətçi qarşılıqlı tariflərlə bağlı Vaşinqtonla mümkün məsləhətləşmələrə hazırlıq üçün göstəriş verib.