Cənubi Koreya "Falcon 9" adlı raketin daşıdığı ikinci casus peykinin uğurla orbitə buraxıldığını açıqlayıb.
AZXEBER.COM xarici mətbuaa istinadən xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyi ölkənin ikinci casus peykinin orbitə buraxılması ilə bağlı açıqlama verib.
Nazirlikdən verilən məlumata görə, ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən SpaceX-in Falcon 9 raketi ilə uğurla orbitə buraxılan peyk buraxılışdan təxminən 45 dəqiqə sonra orbitə daxil olub.
Peyk orbitə buraxıldıqdan təxminən 2 saat 40 dəqiqə sonra yerüstü stansiya ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Cənubi Koreya 2025-ci ilə qədər kosmosa daha dörd casus peyki göndərməyi planlaşdırır.
Gülay