Bu gün Cənubi Koreyada prezident seçkiləri keçirilir. Ölkə tarixində ilk dəfə dövlətin ali postunu qadın tuta bilər. Belə ki, seçkilərdə namizədlərdən biri hakim "Senuri" partiyasının qadın nümayəndəsi Pak Kın Xe hesab edilir. Onun əsas rəqibi isə liberal yönümlü "Vahid Demokratik Partiya"nın nümayəndəsi Mun Çje İndir. Rəy sorğularının nəticələrinə görə, hər iki namizədin şansları, demək olar ki, bərabərdir.Cənubi Koreyanın hazırki prezidenti Li Myön-Bak isə seçkilərdə iştirak etmir. Çünki Cənubi Koreyada prezident yalnız bir dəfə, majoritar sistemlə bir turda və 5 il müddətinə seçilir. Li Myön-Bakın səlahiyyət müddəti isə fevralda başa çatır. Hazırki prezident artıq seçici kimi öz səsindən istifadə edib.