Cənubi Koreya Şimali Koreya sərhəddində təlimlər keçirdi - 6 il sonra

Cənubi Koreya Şimali Koreya sərhəddində təlimlər keçirdi - 6 il sonra
DÜNYA
11:03 02.07.2024
133
 
Cənubi Koreya 6 ildən sonra ilk dəfə olaraq Şimali Koreya sərhədi yaxınlığındakı atış poliqonunda təlim keçirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Koreya ordusundan verilən açıqlamada, təlimin Şimali və Cənubi Koreyanı birləşdirən hərbsizləşdirilmiş zonaya yaxın cəbhə xəttində keçirildiyi bildirilib.

Açıqlamada, 6 ildən sonra ilk dəfə keçirilən sursat təlimində 140 güllənin atıldığı bildirilib.

Açıqlamada bu təlimin hökumətin 2018-ci ildə imzalanmış hərbi gərginliyi azaltmaq məqsədi daşıyan Koreyalararası Müqaviləni dayandırmasından sonra quruda keçirilən ilk təlim olduğu və ordunun bundan sonra mütəmadi olaraq sərhəd bölgəsində təlimlər keçirəcəyi də bildirilib. 

Gülay
 
OXŞAR XƏBƏRLƏR