Cənubi Koreyada hava limanlarında çalışan həmkarlar ittifaqları iş şəraiti və iş saatlarının yaxşılaşdırılması tələbi ilə müddətsiz tətilə başlayıblar.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, tətil ölkə üzrə təxminən 15 min hava limanı əməkdaşını təmsil edən həmkarlar ittifaqlarının iştirakı ilə həyata keçirilir. Aksiyaya yerli vaxtla səhər saat 06:00-da start verilib.
Tətilçilər iş saatlarının azaldılması və iş şəraitinin yaxşılaşdırılması tələblərini irəli sürüblər. Onlar bildiriblər ki, tələbləri yerinə yetirilməyənədək tətil davam edəcək.
Bu gün axşam saatlarında Seul şəhərindəki Gimpo Beynəlxalq Hava Limanında və İncheon Beynəlxalq Hava Limanında mitinqlərin keçirilməsi planlaşdırılır.
Gülay