Cənubi Koreyada doqquzmərtəbəli otelin səkkizinci mərtəbəsində yanğın baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı səlahiyyətli şəxslər açıqlama verib.
Açıqlamada ölənlərin sayının 7-yə, yaralıların sayının isə 12-yə yüksəldiyi bildirilib. Oteldə yanğınsöndürən aparatların olmaması səbəbindən yanğının böyüdüyü, qısa müddət ərzində digər mərtəbələrə də keçdiyi qeyd edilib.
Otelin 2003-cü ildə tikildiyi və o vaxtdan bəri yanğınsöndürən aparatların olmadığı da qeyd olunub.
Yanğının səbəbinin qısa qapanma olduğu və araşdırmaların davam etdiyi bildirilib.
Oksana