Cənubi Koreyada oteldə baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatdı

DÜNYA
11:36 23.08.2024
144
Cənubi Koreyada doqquzmərtəbəli otelin səkkizinci mərtəbəsində yanğın baş verib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə ilə bağlı səlahiyyətli şəxslər açıqlama verib.

Açıqlamada ölənlərin sayının 7-yə, yaralıların sayının isə 12-yə yüksəldiyi bildirilib. Oteldə yanğınsöndürən aparatların olmaması səbəbindən yanğının böyüdüyü, qısa müddət ərzində digər mərtəbələrə də keçdiyi qeyd edilib. 

Otelin 2003-cü ildə tikildiyi və o vaxtdan bəri yanğınsöndürən aparatların olmadığı da qeyd olunub.
 
Yanğının səbəbinin qısa qapanma olduğu və araşdırmaların davam etdiyi bildirilib.
 
Oksana
OXŞAR XƏBƏRLƏR