Cənubi Koreyada prezident seçkisi keçirilir

Cənubi Koreyada prezident seçkisi keçirilir
DÜNYA
09:37 03.06.2025
361
Bu gün Cənubi Koreyada prezident seçkisi keçirilir.

Sayca 21-ci prezident seçkisində ölkə üzrə 44 milyon 400 min şəxs səsvermə hüququna malikdir.

Qeyd olunur ki, prezident seçkisində qalib olmaq üçün altı nəfər mübarizə aparır. Onlar arasında Demokratiya Partiyasının namizədi Li Ce Myun seçilməyə ən real namizəd hesab olunur, digər iddialı namizəd hakim Xalqın Gücü Partiyasının namizədi Kim Mun Sudur.

Qeyd edək ki, Cənubi Koreyanın sabiq dövlət başçısı Yun Sok Yol impiçment yolu ilə vəzifədən uzaqlaşdırılıb.
 
/Oxu.Az
OXŞAR XƏBƏRLƏR