Cənubi Koreyadan Şimali Koreyaya çağırış: ABŞ ilə dialoq şansını qaçırmayın

Cənubi Koreyadan Şimali Koreyaya çağırış: ABŞ ilə dialoq şansını qaçırmayın
DÜNYA
12:05 16.03.2026
200
Cənubi Koreyanın Birləşmə naziri Çunq Donq-yonq Şimali Koreyanı ABŞ ilə dialoqu yenidən başlatmaq imkanını əldən verməməyə çağırıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, nazir Şimali Koreya ilə ABŞ arasında mümkün dialoqla bağlı açıqlama verib.

Çunq bildirib ki, Cənubi Koreya hökumətinin Şimali Koreya–ABŞ dialoquna münasibəti onun baş verib-verməməsindən asılı deyil. Onun sözlərinə görə, hökumət belə bir görüşün mütləq baş tutmalı olduğuna inanır.

Nazir həmçinin qeyd edib ki, Şimali Koreyanın ABŞ prezidenti Donald Trumpın mümkün görüşə marağının yaratdığı fürsəti əldən verməyəcəyinə ümid edir.

Çunqun bu çağırışı Cənubi Koreyanın baş naziri Kim Min-sokun 13 martda Vaşinqtonda Donald Trampla görüşündən sonra səsləndirilib.
 
Baş nazir bildirib ki, Tramp görüş zamanı Şimali Koreya lideri Kim Jong Unun dialoqa hazır olub-olmadığını soruşub və mümkün görüşün "yaxşı bir şey” olacağını qeyd edib.

Qeyd edək ki, Donald Tramp və Kim Çen In daha əvvəl üç dəfə görüşüblər.

Gülay
OXŞAR XƏBƏRLƏR