Cənubi Koreyanın keçmiş prezidenti sui-istifadədə ittiham olunur

Cənubi Koreyanın keçmiş prezidenti sui-istifadədə ittiham olunur
DÜNYA
16:33 01.05.2025
155
Cənubi Koreyada prokurorlar keçmiş prezident Yoon Suk Yeol-a qarşı hərbi vəziyyətə cəhd etdiyinə görə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə məhkəməyə müraciət ediblər.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, prokurorluğun işi araşdıran xüsusi qrupu Yoonun 3 dekabr 2024-cü il tarixdə elan etdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar olaraq əsgər və polisə Milli Məclisi bloklamaq əmri verərək səlahiyyətlərindən sui-istifadə etmək və hüquqların həyata keçirilməsinə mane olmaq ittihamı ilə həbs olunmadan mühakimə olunduğunu açıqlayıb.

Prokurorluq rəsmisi bildirib ki, prokurorlar Yoonu vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham etmək üçün kifayət qədər sübut əldə ediblər.

Prokurorlar əvvəlcə prezidentin toxunulmazlığına görə ittiham irəli sürməkdən imtina etdilər, lakin aprelin əvvəlində Konstitusiya Məhkəməsi tərəfindən vəzifədən kənarlaşdırıldıqdan sonra Yoon-u səlahiyyətlərindən sui-istifadədə ittiham etmək qərarına gəldilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR