Cənubi Koreyanın yeni prezidenti seçildi

Cənubi Koreyanın yeni prezidenti seçildi
DÜNYA
23:31 09.03.2022
459
Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından olan prezidentliyə namizəd Yoon Suk-yeol seçkilərdə qalib gəlib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Onun əsas rəqibi hakim Toburo Demokratik Partiyasından olan Li Jae-myunq məğlubiyyətini etiraf edib.

Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98%-i hesablanıb. Seçicilərin 48,5%-i Yoon Suk-yeola, 47,8%-i Li Jae-myunqa səs verib.
OXŞAR XƏBƏRLƏR