BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

“Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz” - Canşu

“Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz” - Canşu
SİYASƏT
22:04 19.09.2019
6949
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Prezident İlham Əliyevlə görüş zamanı Çin Xalq Respublikasının prezidenti Si Cinpinin salamlarını və xoş arzularını çatdırıb.

AZXEBER.COM xəbər verir ki,Li Canşu Çin-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişafından, işgüzar münasibətlərdən danışıb: 

"Düşünürəm ki, məhz Sizin uzaqgörənliyiniz, eləcə də strateji istiqamət sayəsində dövlətlərimiz tərəfindən Çin-Azərbaycan münasibətləri möhkəm, sağlam və sabit inkişaf edir. Bununla da bizim münasibətlərimiz nümunəvi dövlətlərarası münasibətə çevrilib. Bu ilin aprelində Sədr Si Cinpin Sizi ikinci "Bir kəmər, bir yol” sammitinə dəvət etmişdi. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Siz Cənubi Qafqazdan dəvət olunan yeganə dövlət başçısı idiniz. Sammit çərçivəsində Sizin Si Cinpinlə ənənəvi görüşünüz oldu. Siz birlikdə Çin-Azərbaycan münasibətlərinin gələcək inkişafının möhtəşəm planlarını müəyyənləşdirmisiniz. Birlikdə də ölkələrimiz arasında münasibətlərin daha da möhkəmlənməsi üçün təməl yaratmısınız”.

Li Canşu Azərbaycanda sosial-iqtisadi sahədə əldə edilmiş böyük uğurlar münasibətilə təbriklərini çatdırıb. 

Görüşdə Azərbaycanın Çinin etibarlı tərəfdaşı olduğu və əməkdaşlığımızın bundan sonra da dinamik surətdə inkişaf edəcəyinə əminlik ifadə olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:10 31.03.2020

Bakıda bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir

18:59 31.03.2020

“Vəzifədə olan dostlara arxalanırsa, səhv yoldadır” - Prezidentdən xəbərdarlıq

18:51 31.03.2020

Xaçmazlı dərzi 500-dən çox tibbi maska tikərək sakinlərə paylayıb- Foto

18:40 31.03.2020

Koronavirusa yoluxan Rüştü Rəcbərin vəziyyəti ağırdır

17:48 31.03.2020

Neftçala bələdiyyəsinin sədrinə cinayət işi açılıb

17:46 31.03.2020

Şəmkirdə müəllimlər könüllü olaraq evdə 1000 ədəd maska düzəltdilər

17:32 31.03.2020

Sabahdan hava dəyişir, güclü külək əsəcək - XƏBƏRDARLIQ

17:21 31.03.2020

Daşınmaz əmlakın icbari sığortası ilə bağlı bilinməyənlər

17:11 31.03.2020

Bu bələdiyyələrinin vəzifəli şəxsləri barəsində cinayət işləri başlanılıb - SİYAHI

17:04 31.03.2020

Prezident: "Yaxın günlərdə çox geniş iqtisadi paketin icrası nəzərdə tutulur"

17:02 31.03.2020

Ukraynanın məşhur portalı korronavirus təşvişindən qorunmaq üçün Azərbaycanı nümunə göstərdi

16:56 31.03.2020

İlham Əliyev: “Bir daha büdcə xərclərinə baxmaq lazımdır”

16:52 31.03.2020

Dövlət başçısı: "Əsas məqsəd pandemiyanın miqyasını nəzarətdə saxlamaqdır"

16:47 31.03.2020

Son dəqiqə! Bakı metrosu bağlandı

16:40 31.03.2020

Azərbaycanda həqiqi hərbi xidmətə çağırışın müddəti uzadıldı - SƏRƏNCAM

16:24 31.03.2020

Prezident: “Belə gedərsə, xəstəliyin yayılması qaçılmaz olacaq”