Cənubi Sudanda "vəba epidemiyası" elan edildi

DÜNYA
14:18 29.10.2024
140
Cənubi Sudanın şimalındakı Yuxarı Nil əyalətində 6 vəba yoluxmasının qeyd alınması ilə "vəba epidemiyası" elan edilib.
 
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Sudanın Səhiyyə Nazirliyi açıqlama verib.
 
Cənubi Sudanın səhiyyə naziri Yolanda Awel Denq mətbuat konfransında hökumətin Yuxarı Nil əyalətində vəba epidemiyasının yayılmasını dayandırmaqda qərarlı olduğunu vurğulayıb.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cənubi Sudandakı nümayəndəsi Humphrey Karamagi ÜST-ün Cənubi Sudan hökumətinə və tərəfdaşlarına vəbanın yayılmasına nəzarətdə kömək edəcəyini bildirib.
 
Qeyd edək ki, 6 nəfərdən əlavə 44 nəfər vəbaya yoluxmaqda şübhəli bilinir.
 
Oksana

OXŞAR XƏBƏRLƏR