Cənubi Sudanda yüzlərlə ailə evsiz qaldı - SƏBƏB

DÜNYA
15:21 15.10.2024
274
Cənubi Sudanda güclü yağışlar yüzlərlə ailəni evsiz qoyub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin Cənubi Sudan Missiyasını (UNMISS) icra edən nümayəndəliyi bildirib.
 
Açıqlamada daşqınların 4 bölgədə güclü dağıntılara səbəb olduğu, 375-ə yaxın ailənin evsiz qaldığı və təmiz suya çıxışın çətinləşdiyi qeyd edilib.

Bəyanatda bölgə sakinlərinin ilkin ehtiyac və tibbi xidmətdən məhrum olduğu, rayon sakinlərinin ağır şəraitlə üzləşdiyi bildirilib.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR