Cənubi Sudanda güclü yağışlar yüzlərlə ailəni evsiz qoyub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin Cənubi Sudan Missiyasını (UNMISS) icra edən nümayəndəliyi bildirib.
Açıqlamada daşqınların 4 bölgədə güclü dağıntılara səbəb olduğu, 375-ə yaxın ailənin evsiz qaldığı və təmiz suya çıxışın çətinləşdiyi qeyd edilib.
Bəyanatda bölgə sakinlərinin ilkin ehtiyac və tibbi xidmətdən məhrum olduğu, rayon sakinlərinin ağır şəraitlə üzləşdiyi bildirilib.
Cəmalə