Cərimə meydançalarında problem yarandı

Cərimə meydançalarında problem yarandı
SOSİAL
13:04 30.06.2016
1355
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin cərimə meydançalarında ödənişlərin həyata keçirilməsi ilə bağlı problem yaranıb.
Bəzi cərimə meydançalarında ödəmə terminalı qurulsa da, onların işləməməsi səbəbindən yerində ödəniş etmək mümkün olmur.
Belə ki, Heydər Əliyev adına İdman və Konsert Kompleksinə yaxın ərazidə yerləşən 8 saylı cərimə meydançasında ödəmə terminalı qurulsa da, işlək vəziyyətdə deyil. Nəticədə avtomobil sahibi ödəniş olunması üçün şəhərin digər ərazisinə göndərilir. Avtomobili cərimə meydançasında saxlanılan şəxslərdən biri bildirib ki, ödəniş edib yenidən 8 saylı cərimə meydançasına qayıtdıqda orada polis əməkdaşı olmadığından saatlarla onu gözləmək məcburiyyətində qalıb.
Araşdırma zamanı digər cərimə meydançalarında da yerində ödəniş etməyin mümkün olmadığı məlum olub. Belə ki, Bakının Dərnəgül yoluna yaxın ərazidə, həmçinin metronun "20 yanvar" stansiyasının yaxınlığındakı, eləcə də Biləcəri qəsəbəsində yerləşən cərimə meydançalarında ümumiyyətlə ödəmə terminalı quraşdırılmayıb və yerində ödəniş aparılmır.
Araşdırma zamanı yerində ödəniş etməyin yalnız Xətai rayonu ərazisində yerləşən cərimə meydançasında mümkün olduğu aşkarlanıb.
Ekspert Ərşad Hüseynov məsələ ilə bağlı bildirib ki, cərimə meydançasında sürücünün ödənişi dərhal qəbul olunmalıdır. Onun sözlərinə görə, dayanma-durma qaydalarını pozduğuna görə elektron və ya adi qaydada protokol tərtib olunubsa, bu, sürücüyə təqdim olunmalıdır və təyin olunmuş vaxta qədər sürücü cəriməni ödəməlidir: "Əgər polis əməkdaşı avtomobili cərimə meydançasına aparıbsa, onun borcudur ki, sürücünü gözləsin və ya növbəlilik şəkilində sürücü gələnə qədər orada kimsə olmalıdır. Sürücü cərimə meydançasında polis əməkdaşını gözləməməlidir. Bundan başqa, cərimə meydançasında növbəli sistem əsasında həmişə məsul şəxslərdən kimsə olmalıdır".
Ekspertin sözlərinə görə, sürücü evakuasiya xidmətinin haqqını yerində ödəməlidir: "Sürücü parklama qayadlarını pozubsa və onun avtomobili evakuasiya olunubsa həmin sürücü 20 manat cərimə, 20 manat da evakuasiya haqqı ödəməlidir. Lakin evakuasiya haqqını sürücü yerində ödəməlidir. Bunun üçün əgər cərimə meydançasında bankomat və ya ödəmə terminalı varsa ora ödənilir, yoxdursa nağd şəkildə ödənilir və nağd ödəniş zamanı sürcüyə kassa mədaxil qəbzi verilməlidir. Əgər ödənişi qəbul edən şəxs sürücüyə kassa mədaxil qəbzi təqdim etməsə həmin şəxs məsuliyyətə cəlb oluna bilər".
Ə.Hüseynov vurğulayıb ki, gələcəkdə evakuasiya haqqının da sonradan ödənilməsi imkanı yaradılmalıdır: "Çünkü avtomobil cərimə meydançasına aparılıb, lakin sürcünün həmin vaxt ödəniş etməyə pulu yoxdursa sürücü nə etməlidir? Avtomobilsiz qalmalı deyil ki..."
Report.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib