Cərimələrin 25 %-i yol polisinə çatacaq - Yeni qaydalar

Cərimələrin 25 %-i yol polisinə çatacaq - Yeni qaydalar
SİYASƏT
17:00 11.07.2013
3458

Nazirlər Kabineti "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları"nı təsdiq edib. Bu Qaydalar "Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Pprezidentinin 2012-ci il 26 dekabr tarixli 2629 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını müəyyən edir. Qaydalara əsasən, aylıq vəzifə maaşlarına ödənilən əlavə "Əmək pensiyaları haqqında" qanunun 1.0.5.-ci maddəsində nəzərdə tutulmuş təminat xərclərinə daxil edilmir. Yol patrul xidmətini həyata keçirən əməkdaşlara yol patrul xidməti inspektorları və baş inspektorları, eləcə də yol patrul xidmətinə cəlb olunan xüsusi rütbəli digər əməkdaşlar aid edilir. Qaydalarda göstərilir ki, yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlara - dövlət yol polisi qurumlarının manqa, tağım, bölük, tabor, alay komandirləri, onların müavinləri və digər xüsusi rütbəsi olan əməkdaşları, Baş Dövlət Yol Polisi İdarəsinin dövlət yol polisi qurumlarının yol patrul xidməti, yol hərəkətinin təşkili, yol hərəkətini idarəetmə, hərəkətin təhlükəsizliyinin təbliği, inzibati xətalar haqqında işlər üzrə icraat şöbələrinin (bölmələrinin), mərkəzi məlumat xidmətinin əməkdaşları, Naxçıvan MR DİN-in dövlət yol polisi qurumunun yol patrul xidməti, yol hərəkətinin təşkili, yol hərəkətini idarəetmə, hərəkətin təhlükəsizliyinin təbliği, inzibati xətalar haqqında işlər üzrə icraat sahəsində müvafiq funksiyaları həyata keçirən əməkdaşları, şəhər, rayon polis orqanlarının dövlət yol polisi qurumlarının rəisləri (müvafiq səlahiyyətləri həyata keçirən digər vəzifəli əməkdaşlar), inzibati xətalar haqqında işlər üzrə icraatı, təbliğat və təşviqat, nəqliyyat vasitələrinin axtarışı funksiyalarını həyata keçirən əməkdaşları aid edilirlər. Sənədə əsasən, vəsaitdən yol patrul xidmətini həyata keçirən hər bir əməkdaşın aylıq vəzifə maaşına xidmət zamanı bilavasitə aşkarladığı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir. Qalan vəsait (yol patrul xidmətini həyata keçirən əməkdaşların aşkar etdiyi xətalar istisna olmaqla, "Yol hərəkəti haqqında" qanunun müddəalarının pozulmasına, o cümlədən avtomatik rejimdə işləyən texniki vasitələrin köməyi ilə aşkarlanmış yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara görə ödənilən cərimələrdən daxil olan vəsait, habelə cəriməni qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxslərə hesablanan dəbbə pulu) yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlar arasında bərabər bölünərək, onların aylıq vəzifə maaşına əlavə edilir. Aylıq vəzifə maaşına əlavə aşağıdakı qaydada hesablanır: yol patrul xidmətini həyata keçirən əməkdaşlara: AVMƏ = (YPDM x 25%) Burada AVMƏ - aylıq vəzifə maaşına əlavə, YPDM - DYP əməkdaşının tərtib etdiyi protokoldan daxil olan cərimənin məbləğidir. Qalan vəsait (QV = vəsait - yol patrul xidmətini həyata keçirən əməkdaşların vəzifə maaşlarına ödənilən əlavə) aşağıdakı qaydada bölünür: BƏAVMƏ = QV : BƏS Burada, BƏAVMƏ - yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların hər birinin aylıq vəzifə maaşına əlavə; BƏS - yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan bütün əməkdaşların sayıdır. Qeyd edək ki, aylıq vəzifə maaşlarına əlavələr Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən hesablanaraq, hər bir əməkdaşın əməkhaqqı kartına köçürüləcək. Aylıq vəzifə maaşına əlavə əməkdaşlara məzuniyyət və funksional vəzifələrinin icrası ilə bağlı olmayan ezamiyyət vaxtları, tutduğu vəzifədən azad edilərkən sərəncamda olduğu və ya vəzifədən müvəqqəti kənarlaşdırıldığı müddət, eləcə də əmək qabiliyyətinin müvəqqəti itirildiyi günlər üçün hesablanmır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
15:18 10.03.2026
Nazir Xankəndi və Xocalıda təhsil müəssisələrində olub
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
15:18 10.03.2026
Nigar Camalla Samir Piriyevdən duet - VİDEO
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:09 10.03.2026
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
15:04 10.03.2026
Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Naxçıvanda  pirotexniki vasitələr satan şəxslər saxlanıldı
15:00 10.03.2026
Naxçıvanda pirotexniki vasitələr satan şəxslər saxlanıldı
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
14:42 10.03.2026
ABŞ-İsrail və İran Müharibəsində 11-ci gün: Bölgədə daha hansı hadisələr baş verə bilər?
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
14:31 10.03.2026
İranda yeni Ali Lider seçildi: "Sosial problemlər artacaq, etiraz aksiyaları mümkündür”
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
14:25 10.03.2026
Elxan Qaraxanoğlu “Manset.az”ı məhkəməyə verdi – İddiası rədd edildi
Bayram namazı nə vaxt qılınacaq?
14:15 10.03.2026
Bayram namazı nə vaxt qılınacaq?
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"