“Cəsur ürək”: Vətən müharibəsi şəhidi haqqında film təqdim edildi – FOTOLAR / VİDEO

“Cəsur ürək”: Vətən müharibəsi şəhidi haqqında film təqdim edildi – FOTOLAR / VİDEO
SOSİAL
23:43 31.10.2022
223
"Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə 44 günlük Vətən savaşında qəhrəmancasına şəhid olan Vüsal Aftandil oğlu Məmmədova həsr olunan "Cəsur Ürək” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.

"Nizami” Kino Mərkəzində baş tutan təqdimat mərasimində şəhidin ailə üzvləri, millət vəkilləri, QHT, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində öncəliklə Azərbaycan himni səsləndirilib, daha sonra isə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədr müavini Məsimə Məmmədova filmin peşəkar heyət tərəfindən hazırlandığını qeyd edərək, dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Daha sonra çıxış edən filmin layihə rəhbəri Aqil Ələsgər qeyd edib ki, filmdə şəhid Vüsalın həyatı öz dilindən əks olunub:

"Vüsalın arzularından biri də filmə çəkilmək idi. Biz bunu eşidəndə fərqli bir ssenari düşündük. Şəhidlərlə bağlı əksər sənədli filmlər üçüncü şəxsin təqdimatında olur. Biz isə filmi Vüsalla başladıq, onun təqdimatı ilə davam etdik. Bu layihənin reallaşmasına verdiyi dəstəyə görə QHT Agentliyinə, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə və şəhidimizin ailəsinə təşəkkür edirəm. Məhz onların dəstəyi ilə arzu etdiyimiz filmi ərsəyə gətirə bildik”.

Şəhidin anası Mahirə Məmmədova öz çıxışı zamanı filmin yaradıcı heyətinə təşəkkürünü bildirib. O, qeyd edib ki, gücü yetdiyi qədər Vüsalın arzularını gerçəkləşdirməyə çalışacaq. Bu yolda onunla bərabər addımlayanlara təşəkkürünü bildirən Mahirə xanım başda şəhid anaları olmaqla, təqdimat mərasimində iştirak edənlərə minnətdarlıq edib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Ülkər Süleymanova isə vurğulayıb ki, Agentlik daima bu istiqamətdə hazırlanan layihələrə dəstək verir və bu dəstək davam etdiriləcək.

Daha sonra çıxış edən millət vəkili Ülvi Quliyevin sözlərinə görə, dövlətimiz daim şəhid və qazi ailələrini diqqətdə saxlayıb, onların qayğıları ilə maraqlanıb. O, qeyd edib ki, bu kimi layihələr şəhidlərimizin əziz xatirəsini yaşatmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Şəhidlərimiz, qazilərimiz haqqında film çəkilməsi təqdirəlayiq haldır.

Politoloq Arzuman Abdulkərimov isə bildirib ki, bu gün şəhidlərin yatdığı torpağın üstündə qürurla gəzə bilirik: "Əslində, hər birimiz şəhid ailələrinin doğmalarıyıq. Ölkə başçısı da hər zaman öz çıxışlarında hər bir şəhidimizi öz doğması kimi qəbul etdiyini bildirib. Bu gün biz şəhidlərimiz sayəsində alnıaçıq gəzə bilirik”.

Tədbir şəhid Vüsal Məmmədova həsr olunan "Cəsur Ürək” sənədli filminin təqdimatı ilə davam edib.

Filmin nümayişindən sonra layihə çərçivəsində hazırlanan disklər iştirakçılara təqdim edilib.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, şəhid Vüsal Məmmədov ölümündən sonra "Vətən uğrunda” medalı, "Cəsur döyüşçü” və "Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Sonda xatırladaq ki, "Cəsur ürək” "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən çəkilən sayca dördüncü sənədli filmdir.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər
22:49 14.03.2026
Pensiya sistemində böyük dəyişikliklər gözlənilir: Yığılan pulla ev almaq və biznes qurmaq mümkün ola bilər