Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü
SİYASƏT
08:50 23.09.2025
132
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

Qeyd edilib ki, görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşması prosesi, o cümlədən tarixi Vaşinqton sammiti müzakirə edilib.

Eyni zamanda, tərəflər qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
OXŞAR XƏBƏRLƏR