Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində oldu

Ceyhun Bayramov Azərbaycanın Kiyevdəki səfirliyində oldu
SİYASƏT
22:49 06.08.2026
133
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Kiyevdəki səfirliyini ziyarət edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında paylaşım olunub.

Bildirilib ki, nazir səfirliyin əməkdaşları ilə görüşüb və diplomatik nümayəndəliyin fəaliyyəti barədə ətraflı məlumatlandırılıb

Xatırladaq ki, C. Bayramov Ukraynada rəsmi səfərdədir. O, rəsmi səfəri çərçivəsində İrpen şəhərində olub. C. Bayramov və onun rəhbərlik etdiyi nümayəndə heyəti İrpen şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkda olub.

Azərbaycanın XİN rəhbəri ukraynalı həmkarı Andrey Sibiqa ilə Cənubi Qafqaz və Yaxın Şərqdə regional təhlükəsizlik məsələlərini, eləcə də Ukraynada sülhün əldə olunması üzrə səyləri müzakirə edib.

Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov ilə görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

C. Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib.

Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR