Ceyhun Bayramov: “Bölgədə davamlı inkişaf üçün işğal siyasətinə son qoyulmalıdır”

Ceyhun Bayramov: “Bölgədə davamlı inkişaf üçün işğal siyasətinə son qoyulmalıdır”
SİYASƏT
12:53 24.09.2020
519
"Açıq münaqişələr bölgənin davamlı inkişafı və sabitliyinə təhdid yaradır”.

Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Tbilisidə gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə brifinqdə bildirib.

Nazirin sözlərinə görə, regionda davamlı inkişaf və tərəqqinin olması üçün işğal siyastəinə son qoyulmalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar.

XİN başçısı qeyd edib ki, Azərbaycan və Gürcüstan arasında yüksək strateji əməkdaşlıq bölgənin həm regional, həm də beynəlxalq səviyyədə inkişafına öz töhfəsini verəcək.
 
///Report
OXŞAR XƏBƏRLƏR