Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
SİYASƏT
21:59 26.10.2026
163
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov ölkəmizdə səfərdə olan UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə, Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, mədəniyyətlərarası dialoq, təhsil, elm, süni intellekt, mədəni irs, dayanıqlı turizm, "İnsan və Biosfer" Proqramı, habelə Afrika ölkələrinə və kiçik adandövlətlərinə dəstək məsələləri müzakirə olunub.

Tərəflər 2013-cü ildə imzalanmış Çərçivə Sazişinin və yaradılmış Azərbaycan-UNESCO Etimad Fondunun əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd ediblər. Azərbaycanın öz prioritetlərinə uyğun UNESCO proqram və layihələrinə dəstəyini davam etdirməkdə maraqlı olduğu vurğulanıb.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda UNESCO-nun fəal iştirakı məmnunluqla qarşılanıb. Təşkilat tərəfindən Forum çərçivəsində üç panelin təşkil olunduğunu qeyd olunub.

E.Məmmədov "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" və Rəqəmsal İnkişaf Şurası barədə məlumat verib. Süni intellekt texnologiyalarının ölkənin inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində tətbiq olunduğu bildirilib.

Asa Regner VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə və əməkdaşlığa görə Azərbaycana təşəkkürünü bildirib. UNESCO üçün prioritet istiqamət təşkil edən Afrika ölkələrinə, gender bərabərliyinə, qızların təhsilinə və kiçik ada dövlətlərinə Azərbaycanın göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərətrafında da fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İraq sahillərində gəmi yandı
23:04 26.10.2026
İraq sahillərində gəmi yandı
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
22:55 26.10.2026
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Ağ Evin növbəti mətbuat katibi olacağı bildirilən Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:47 26.10.2026
Ağ Evin növbəti mətbuat katibi olacağı bildirilən Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTOLAR
22:41 26.10.2026
Leyla Əliyeva Şamaxıda “Capybara Azerbaijan” fermasında olub - FOTOLAR
Suriyanın İdlib vilayətində silah-sursat anbarında güclü partlayış olub
22:36 26.10.2026
Suriyanın İdlib vilayətində silah-sursat anbarında güclü partlayış olub
Səhvən üçünü də qalib elan etdilər - Foto
22:30 26.10.2026
Səhvən üçünü də qalib elan etdilər - Foto
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
22:23 26.10.2026
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Bakıda kütləvi dava - ANBAAN VİDEO
22:13 26.10.2026
Bakıda kütləvi dava - ANBAAN VİDEO
Xarkova hava zərbələri endirilib, ölənlər var
22:10 26.10.2026
Xarkova hava zərbələri endirilib, ölənlər var
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
22:08 26.10.2026
Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə!
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
22:02 26.10.2026
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
22:00 26.10.2026
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTOLAR
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
21:59 26.10.2026
Xarici işlər nazirinin müavini UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
21:47 26.10.2026
Zelenski səfərbərlik və hərbi vəziyyətin müddətini uzadıb
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
21:40 26.10.2026
Rövşən Nəcəf və Canni İnfantino U-15 dünya çempionatının oyunlarını izləyiblər
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi
21:31 26.10.2026
Moskvada hərbi obyektə hücum planlaşdırmaqda şübhəli bilinən iki qafqazlı həbs edildi