Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya səfəri çərçivəsində krallığın Avropa və Şimali Amerika üzrə naziri Stefen Douti ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib.
Bildirilib ki, tərəflər Azərbaycan-Böyük Britaniya əməkdaşlığının perspektivlərini və regional təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Qeyd edək ki, Ceyhun Bayramov Böyük Britaniyada işgüzar səfərdədir.
Foreign Minister of #Azerbaijan @Bayramov_Jeyhun w/the visit to the United Kingdom met w/ @SDoughtyMP @HouseofCommons & Shadow Minister for Europe, North America & UK Overseas Territories.
The parties discussed prospects of