Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib

Ceyhun Bayramov diplomatik fəaliyyətinin başa çatması münasibətilə Fələstin səfirini qəbul edib
SİYASƏT
17:07 17.03.2025
171

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə AZXEER.COM-a XİN-dən məlumat verilib.

Nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə, Azərbaycan-Fələstin münasibətlərinə verdiyi töhfəyə görə səfir Nasir Əbdülkərimə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səfirin ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq” ordeni ilə təltif olunması münasibətilə nazir səfirə öz təbriklərini çatdırıb və ordeni təqdim edib.

Görüşdə Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran mövzular, habelə regional vəziyyət müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR