"Azərbaycan dövləti hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının, sülhün alternativi yoxdur. Azərbaycan tərəfindən Ermənistana bununla bağlı növbəti təkliflər göndərilib. Hazırda təklif edilən paketlərlə bağlı Ermənistandan cavab gözləyirik”.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla birgə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, artıq məcburi köçkünlərimiz ata yurdlarına geri dönürlər: "Əminəm ki, Qarabağ bölgəsi ən gözəl guşələrdən birinə çevriləcək”.