Bu il ilk dəfə əvvəlki on bir iclasdan fərqli olaraq delimitasiya komissiyasının iclası sərhəddə yox, Azərbaycanda keçirilib.
AZXEBER.COM xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bunun davamı kimi 2026-cı ildə oxşar iclasın Ermənistanda keçiriləcəyini istisna etməyib.
C.Bayramov bu ilin Azərbaycan-Ermənistan normallaşma prosesi üçün uğurlu il olduğuna da diqqət çəkib:
"Bu mənada, 2026-cı ildə də iki ölkə arasında təmasların davam etdirələcəyi gözlənilir".










































