Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib
SİYASƏT
21:24 12.03.2026
215
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında yayılıb.
Bildirilib ki, söhbət zamanı son regional proseslər və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.